Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək
Fərdi
- 18 dekabr, 2023
- 07:56
Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.
“Report” xəbər verir ki, bu gün Bakı Boks Mərkəzində startı veriləcək yarışda 7 komanda mübarizə aparacaq.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edəcəklər. Həmçinin Avropa Boks Konfederasiyasının (EUBC) komandası da qüvvəsini sınayacaq.
97 boksçunun qatılacağı turnirin açılış mərasimi saat 14:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa dekabrın 22-də yekun vurulacaq.
Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlıdır.
Son xəbərlər
06:33
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hesabda irəli çıxıb - YENİLƏNİR-3
Futbol06:08
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
Digər ölkələr06:02
DÇ-2026: Paraqvay - Avstraliya matçı start götürüb
Futbol05:58
Antoni Elanqa Yaponiya - İsveç matçının ən yaxşı oyunçusu seçilib
Futbol05:48
"Starlink" Venesuelanın zəlzələdən zərər çəkmiş ərazilərini pulsuz rabitə ilə təmin edəcək
Digər ölkələr05:35
BMT baş katibi dağıdıcı zəlzələdən sonra Venesuela ilə həmrəyliyini bildirib
Digər ölkələr05:23
Tunis və Niderland yığmaları arasında keçirilən matçın ən yaxşısı Brayan Brobbi olub
Futbol05:22
Avstriyada "Formula-1" Qran-prisi başlayır
Formula 104:59