Azərbaycanlı paralimpiya çempionu: "Bayrağımızı yüksəklərdə dalğalandırdım"

Fərdi
  • 06 sentyabr, 2021
  • 07:49
Azərbaycanlı paralimpiya çempionu: Bayrağımızı yüksəklərdə dalğalandırdım
Vəli İsrafilov

"Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım".

"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: "Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə də təşəkkürümü bildirirəm ki, bizim üçün hər şəraiti yaradıb".

Orxan Aslanov

Uzunluğa tullanma növündə paralimpiya çempionu olan Orxan Aslanov Tokioda əlindən gələnə etdiyini söyləyib: "Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bizə dəstək olduqları üçün hər kəsə minnətdaram. Çempion olmaq mənə nəsib oldu, Vətənə qızıl medalla qayıtdım".

Azərbaycanlı paralimpiya çempionu: "Bayrağımızı yüksəklərdə dalğalandırdım"