Dünya Güləş Birliyi Mariya Stadniki mükafatlandırıb
Fərdi
- 04 dekabr, 2021
- 05:20
Azərbaycanın daha bir güləşçisi Dünya Güləş Birliyindən (UWW) pul mükafatı alıb.
"Report" UWW-nin rəsmi saytına istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçi Mariya Stadnikə 3 000 ABŞ dolları verilib.
2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.
Bu çəki dərəcəsində ilk pillədə ABŞ təmsilçisi Sara Hilderbrandt (82 xal) qərarlaşıb. İkinci sıranı isə yaponiyalı Yui Susaki (68 xal) tutur.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) 3 000 ABŞ dolları, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 000 dollar mükafat əldə edib.
Son xəbərlər
01:20
Kiyev rəsmi olaraq Aİ ilə danışıqlar prosesinin başlanmasına razılıq verib
Digər ölkələr01:13
Aİ Moldova ilə rəsmi olaraq üzvlük danışıqlarına başlayıb
Digər ölkələr01:07
Foto
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert atəşfəşanlıqla yekunlaşıb
Mədəniyyət siyasəti00:58
DÇ-2026: Belçika - Misir oyununda qalib müəyyənləşməyib- YENİLƏNİB-5
Futbol00:13
Kabo Verde millisinin baş məşqçisi: "İspaniya ilə heç-heçə komandanın potensialını göstərir"
Futbol00:10
Azərbaycanda Məhərrəm ayı başlayıb
Din00:05
ABŞ-də "B-52" bombardmançı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr23:47
"Fars": İran atəşkəs dövründə müdafiə gücünü artıracaq
Region23:47