Azərbaycanın MMA döyüşçüsü: "Dünya çempionatının finalındakı rəqibim güclü idi"

Fərdi
  • 22 oktyabr, 2025
  • 12:04
Azərbaycanın MMA döyüşçüsü: Dünya çempionatının finalındakı rəqibim güclü idi

Serbiyanın Novi Sad şəhərində UWW (Dünya Güləş Birliyi) tərəfindən keçirilən həvəskar MMA üzrə dünya çempionatında gümüş medal qazanan Sərdar Sərdarlının finaldakı rəqibi güclü olub.

Bu barədə "Report"a idmançı özü bildirib.

"Bu, həvəskarlar arasında yarışdır. Amma peşəkarlar da iştirak edə bilər. Bu yarışda bəzi peşəkar idmançılar da var idi. Finaldakı rəqibim güclü idi. Rusiyalı idmançıya məğlub oldum. Hansı ki, dəfələrlə ölkə çempionu olmuşdu. Çatışmayan cəhətlərimi gördüm və onların üzərində çalışacağam. Növbəti yarışlarda eyni səhvlərə yol verməməyə çalışacağam".

İdmançı Bakıda keçiriləcək dünya çempionatında qızıl medalı hədəfləyəcəyini söyləyib:

"Mənim çəkimdə 11 ölkədən idmançı təmsil olunurdu. 2026-cı ilin mayında Bakıda turnir olacaq. Bu yarışda da qızıl medalı hədəfləyəcəyəm. Sonra dekabrda daha bir dünya çempionatı olacaq. Bu il daha əvvəl keçirilən mundialın qalibi olmuşdum".

Son xəbərlər

Bütün Xəbər Lenti