III MDB Oyunlarında Azərbaycanın medal qazanan güləşçilərinin sayı yeddiyə çatıb - YENİLƏNİB-4
- 04 oktyabr, 2025
- 19:20

Ill MDB Oyunlarında Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Olimpiya Kompleksində keçirilən yarışda 110 kq çəki dərəcəsi üzrə yarışan güləşçimiz Hakim Tağıyev finalda rus rəqibinə uduzaraq bürünc medala sahib olub.
Bununla da güləş yarışlarında medalçılarımızın sayı 7-yə (Rəvan Həsənzadə (48 kq) qızıl, Hüseyn İsmayılov (65 kq) gümüş, İbrahim Süleymanov (55 kq), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kq), Əli Hacıyev (80 kq) və Hakim Tağıyev (110 kq)) çatıb.
Qeyd edək ki, güləş üzrə yarışlar davam edir.
Ill MDB Oyunlarında Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Olimpiya Kompleksində keçirilən yarışda 80 kq çəki dərəcəsi üzrə yarışan güləşçimiz Əli Hacıyev finalda özbəkistanlı rəqibinə uduzaraq gümüş medal qazanıb.
Bununla da güləş yarışlarında medalçılarımızın sayı 6-ya (Rəvan Həsənzadə (48 kq) qızıl, Hüseyn İsmayılov (65 kq) gümüş, İbrahim Süleymanov (55 kq), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kq) və Əli Hacıyev (80 kq)) çatıb.
Qeyd edək ki, yarışlar davam edir.

Azərbaycanın daha iki güləşçisi III MDB Oyunlarında medal qazanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, İbrahim Süleymanov (55 kq) və Xədicə Qurbanzadə (49 kq) bürünc medal qazanıb.
Bununla da güləş yarışlarında medalçılarımızın sayı 5-ə (Rəvan Həsənzadə (48 kq) qızıl, Hüseyn İsmayılov (65 kq) gümüş, İbrahim Süleymanov (55 kq), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kq)) çatıb.
Qeyd edək ki, final görüşləri davam edir.
Azərbaycanın daha iki güləşçisi III MDB Oyunlarında medal qazanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, güləş yarışlarının ikinci günündə daha iki medalçımız bəlli olub.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Hüseyn İsmayılov (65 kq) gümüş, Esra Məmmədli (49 kq) isə bürünc medalın sahibi olub.
Qeyd edək ki, final görüşləri davam edir.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçimiz Rəvan Həsənzadə (48 kq) III MDB Oyunlarında qızıl medal əldə edib.