III MDB Oyunları: Azərbaycan üzgüçüləri daha bir medal qazanıblar - YENİLƏNİB-3

Fərdi
  • 30 sentyabr, 2025
  • 11:56
III MDB Oyunları: Azərbaycan üzgüçüləri daha bir medal qazanıblar - YENİLƏNİB-3

Azərbaycan III MDB Oyunlarında daha bir medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, oğlanlardan ibarət milli komanda 4x200 metr məsafəyə sərbəst üsulla üzməkdə bürünc mükafat əldə edib.

Rusiya qızıl, Qazaxıstan gümüş medala sahib çıxıb.

Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal əldə edib.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbəri verir ki, üzgüçü Oqtay Hüseynov birinci yeri tutub.

O, 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.

Rusiyalı İlya Yamşanov ikinci, Belarusdan olan Maksim Malışka üçüncü yeri tutub.

Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, Yeqor Maynitski üçüncü yeri tutub.

O, 200 metr məsafəyə bras üsulu ilə üzməkdə fərqlənib. Rusiyalı İlya Yaşmanov qızıl, Balarusdan olan Maksim Malışka gümüş medala sahib çıxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti