Böyük Dəbilqə: Hidayət Heydərov və Elcan Hacıyev bürünc medal qazanıb
- 06 noyabr, 2021
- 14:49
Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqədə Azərbaycan yığması 5-ci medalını qazanıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Elcan Hacıyev bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Hasil Cəfərovu vaza-ari xalı ilə məğlub edib.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 1 qızıl, 1 gümüş, 3 bürünc medal var. Daha əvvəl Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Munxtsedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal əldə edib.
17:38
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 73 kq-da yer alan idmançının rəqibi almaniyalı Lukas Vennekold olub.
Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə vazari ilə qalib gələn Heydərov 3-cü yeri tutub.
15:17
Azərbaycan 3 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşlərinə çıxacaq.
"Report"un məlumatına görə, 73 kq-da Hidayət Heydərov, 81 kq-da isə Elcan Hacıyev və Hasil Cəfərov 3-cü yer uğrunda mübarizə aparacaq.
Heydərov almaniyalı Lukas Vennekoldla üz-üzə gələcəksə, Hacıyev və Cəfərov bürünc medalın taleyini öz aralarındakı görüşdə həll edəcəklər.
Bu gün mübarizəyə qoşulan digər 8 cüdoçu isə yarışla vidalaşıb.
09:24
Bu gün Azərbaycanın daha 11 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq.
"Report"un məlumatına görə, ikinci yarış günündə 73 və 81 kq çəki dərəcələrində kişi idmançılar, 63 və 70 kq-da isə qadınlar qüvvəsini sınayacaq.
Yarışın ilk günündə Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medal qazanıb.
Kişilər
73 kq
1/16 final. Rüfət Məmmədov - Ryo Tsukamoto (Yaponiya)
1/16 final. Telman Vəliyev - Lukas Vennokold (Almaniya)
1/8 final. Hidayət Heydərov - Mixel Adam (Almaniya) / Kornel Andries (Moldova) cütünün qalibi
1/8 final. Rüstəm Orucov - Uranbayar Odgerel (Molqolustan) / Ken Oyoşi (Yaponiya) cütünün qalibi
81 kq
1/8 final. Elcan Hacıyev - Xaknazar Nazarov (Tacikistan) / Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi
1/16 final. Ömər Rəcəbli - Zebeda Rexviaşvili (Serbiya)
1/16 final. Hasil Cəfərov - Giqa Giqauri (Gürcütan)
1/16 final. Kərim Məmmədov - Murrentsen Battulqa (Monqolustan)
Qadınlar
63 kq
1/8 final. Aytac Qardaşxanlı - Qabriella Moraes (Braziliya)
70 kq
1/8 final. Südabə Ağayeva - Utana Terada (Yaponiya)
1/4 final. Günel Həsənli - Lara Çvetko (Xorvatiya).
Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqəyə noyabrın 7-də yekun vurulacaq.