Azərbaycanda idmançılar nə vaxt peyvənd olunacaq?
Fərdi
- 22 yanvar, 2021
- 12:47
Azərbaycan idmançılarının koronavirus əleyhinə peyvənd olunmalarına dair təlimat hələ verilməyib.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova "Report"un sorğusuna cavab olaraq bildirib.
"Bizə bu barədə heç nə deyilməyib. İdmançıların peyvənd olunmaları ilə bağlı məlumat yoxdur", - o vurğulayıb.
Qeyd edək ki, Rusiya yığmalarının idmançıları martda koronavirus əleyhinə peyvənd olunmağa hazırlaşırlar. Qərar ötən ilin dekabrında qəbul edilib. Aşılama prosesi hər bir idmançı üçün könüllü olacaq. İmmunitetin aşağı düşməməsi üçün idmançılara yarış və ya çətin fiziki yüklənmə dövründə peyvənd vurulmayacaq.
Son xəbərlər
16:36
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
İnfrastruktur16:35
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
Fərdi16:34
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 3 % azalıb
İnfrastruktur16:31
Bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya16:30
Nigeriya rəsmisi: "Qlobal halal iqtisadiyyatın dəyəri 7 trilyon dolları keçib"
ASK16:28
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr16:25
Argentina və Əlcəzair azarkeşləri arasında Nyu-Yorkda dava baş verib
Futbol16:21
Foto
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Xarici siyasət16:11