Azərbaycan XXV Yay Deflimpiya Oyunlarında 6 idman növündə təmsil olunacaq
- 04 noyabr, 2025
- 11:38
Azərbaycan XXV Yay Deflimpiya Oyunlarında 6 idman növündə təmsil olunacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.
O, turnirdə 20 idmançının iştirak edəcəyini bildirib:
"Komandamız bu yarışda ilk dəfə 6 idman növündə 20 idmançı ilə təmsil olunacaq. Sevindirici məqam odur ki, komandada 5 xanım idmançı yer alacaq. Onlardan 3-ü taekvondo, 1-i karate, 1-i isə üzgüçülük üzrə yarışda çıxış edəcək. Bu fakt qadın idmançılarımızın beynəlxalq arenada fəal iştirakının, onların peşəkarlığının göstəricisidir. Bu, ölkəmizdə qadınların idmanda rolunun güclənməsinin və gender bərabərliyinə verilən önəmin bariz nümunəsidir".
Qeyd edək ki, XXV Yay Deflimpiya Oyunları noyabrın 5–26-sı aralığında Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.