Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq
Fərdi
- 28 dekabr, 2015
- 06:03
Bakı. 28 dekabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən şahmat üzrə "Qatar Masters Open"də mübarizə həlledici mərhələyə qədəm qoyub. "Report"un məlumatına görə, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov sona 2 tur qalmış liderliyi ələ alıb.
8-ci turda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq qarşılaşmada azərbaycanlı qrossmeyster ağ fiqurlarla oynayacaq.
Qeyd edək ki, bu görüşün nəticəsi hər iki şahmatçı üçün böyük əhəmiyyət kəsb edir. 7 turdan sonra Məmmədyarov, Karlsen və rusiyalı Sanan Syugirov hərəyə 5,5 xalla ilk 3 pilləni bölüşür. Syugirov qara fiqurlarla həmyerlisi və yarım xal üstələdiyi Vladimir Kramniklə qara fiqurlarla qarşılaşacaq.
Son xəbərlər
12:57
Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb
Hadisə12:40
AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib
Maliyyə12:39
Foto
İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var
Hadisə12:30
Elgün Kərimli Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə uduzub
Fərdi12:23
Video
Dunkan Norman Azərbaycan xalqını təbrik edib
Mədəniyyət siyasəti12:23
Bazar gününə olan hava proqnozu açıqlanıb
Ekologiya12:19
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib
Futbol12:17
Azərbaycanın sığorta sektorunda müştəri hüquqlarının qorunması gücləndirilir
Maliyyə12:13