Azərbaycan şahmat millisi dünya çempionatında 1/4 finala yüksəlib
Fərdi
- 20 noyabr, 2025
- 20:30
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərində qələbə qazanıb.
"Report"un məlumatına görə, yığma IV turda İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçilərimizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə Azərbaycan 1/4 finala yüksəlib və bu raundda Gürcüstanla qarşılaşacaq.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.
Son xəbərlər
16:15
Pezeşkian: Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik
Region16:09
Qrossi İranın nüvə proqramı üzrə dialoqun bərpasına çağırış edib
Digər ölkələr16:09
Azərbaycanın kişilərdən ibarət basketbol yığması Belarusla iki yoxlama oyunu keçirəcək
Komanda16:05
"Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23 % artırıb
İnfrastruktur15:55
Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr15:44
İran İsrailə zərbələri dayandırıb
Digər ölkələr15:42
Foto
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək
Fərdi15:42
Foto
Ümumdünya Ətraf Mühit Günündə "Global Media Group"un dəstək verdiyi layihələrin təqdimatı olub
Ekologiya15:41