Azərbaycan Qran-prisi üçün biletlərin əksəriyyəti satılıb
Fərdi
- 26 aprel, 2018
- 10:31
Bakı. 26 aprel. REPORT.AZ/ "Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin əksəriyyəti sahibini tapıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb.
Qalan tribunalar üçün biletlər də artıq satılıb qurtarmaq üzrədir.
İndiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və satılan biletlərin 45 faizi xarici ölkələrin payına düşür. İlk "onluğ"a Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 27 - 29-da keçiriləcək.
Son xəbərlər
16:18
ATƏT sədri İçərişəhərdə olub, ona qoruğun turizm potensialı barədə məlumat verilib
Daxili siyasət16:14
Payızda Bakıda Estoniya səfirliyi açılacaq - EKSKLÜZİV
Xarici siyasət16:12
ABŞ TRIPP+ fondunun maliyyələşdirilməsini 400 milyon dollara qədər artırıb
Region16:03
Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
Mədəniyyət siyasəti16:03
Fransada büdcə kəsiri 6 %-dən çox artıb
Maliyyə15:56
UEFA avrokubokların əsas mərhələsində sarı vərəqə limitini artırıb
Futbol15:50
"Gəncə" basketbol klubu Əlibəy Məmmədli ilə razılıq əldə edib
Komanda15:49
Ukrayna Kurskda və Zaporojyedə iki körpünü məhv edib
Digər ölkələr15:47