Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar
Fərdi
- 24 mart, 2026
- 11:00
Azərbaycanın paracüdo millisinin üzvləri Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda qüvvələrini sınayacaqlar.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Martın 24-dən 25-nə qədər keçiriləcək yarışda ölkəmizi həm kişi, həm də qadın idmançılar təmsil edəcəklər. Kişilərin mübarizəsində İsmayıl Muradov (J1, 70 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Mehman Hüseynov (J1, +95 kq) tatami üzərinə çıxacaqlar.
Qadın paracüdoçulardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mükafatlar uğrunda yarışacaqlar.
Komanda turnirə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi altında yollanıb.
Son xəbərlər
23:09
Lionel Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
Futbol23:07
Polşa Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Region23:04
Foto
DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazanıb - YENİLƏNİB-5
Futbol22:52
Foto
Azərbaycan taekvondoçuları Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazanıblar
Fərdi22:43
Musiqi prodüseri Klayv Devis vəfat edib
Şou-biznes22:24
Vens ABŞ və İran arasında texniki danışıqların davam etdiyini bildirib
Digər ölkələr22:21
Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
Region22:06
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq – YENİLƏNİB
Region21:46