Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/4 finala vəsiqə qazanıb
Fərdi
- 09 sentyabr, 2025
- 09:37
Azərbaycanın daha bir boksçusu Liverpulda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
"Report" Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) da bu hüquqa yiyələnib.
O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb. Milli üzvü döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.
Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Azərbaycanın daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq.
Son xəbərlər
23:50
Livan tezliklə Litani çayının şimalında silahlara nəzarət məsələsini həll edəcək
Digər ölkələr23:36
Oman ABŞ-nin mesajlarını İrana çatdırıb
Region23:28
ABŞ İranla danışıqların davam etdirilməsində israrlıdır
Digər ölkələr23:20
Tramp və Netanyahu 3 saat İranı müzakirə edib - YENİLƏNİB
Digər ölkələr23:15
Video
"Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət23:03
Le Pen iyulun 7-nə qədər Fransadakı prezident kampaniyasında iştirak etməyəcək
Digər ölkələr22:56
Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
Fərdi22:50
"Yuventus" Premyer Liqa klubunun qapıçısını transfer etmək istəyir
Futbol22:43