Azərbaycan millisinin baş məşqçisi: "Növbəti ildə nəticələrin daha yaxşı olacağına inanıram"

Fərdi
  • 22 dekabr, 2025
  • 16:38
Azərbaycan millisinin baş məşqçisi: Növbəti ildə nəticələrin daha yaxşı olacağına inanıram

Qılıncoynatma üzrə Azərbaycan millisinin baş məşqçisi Çingiz Mustafayev növbəti ildə keçiriləcək dünya və Avropa birinciliklərində nəticələrin daha yaxşı olacağına inanır.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, Azərbaycan qılıncoynadanlarının 2025-ci ildəki çıxışını dəyərləndirib:

"İlk olaraq sablya üzrə qadınlardan ibarət millinin çıxışına toxunmaq istərdim. Bu il Dünya Kubokunda 4-cü olduq. İslam Həmrəyliyi Oyunlarında gərgin keçən final qarşılaşmasında qazanılan qızıl medal ilin sonunu müsbət əhval-ruhiyyədə başa vurmağımıza səbəb oldu. İslam Həmrəyliyi Oyunlarında qadın sablyaçıların şəxsi yarışında Səbinə Kərimova və Palina Kaspiaroviçdən qızıl medal gözləyirdik. Təəssüf ki, Səbinə yarımfinala yüksələ bilmədi. Palina isə üçüncü oldu".

Ç.Mustafayev yeniyetmə və gənclərdə dünya, Avropa birincliklərində nəticələrin yüksək olmadığını etiraf edib:

"Bir neçə digər beynəlxalq turnirlərdə fəxri kürsüdə yer alıb, medallar qazanmağı bacardıq. İnanıram ki, növbət ildə keçiriləcək dünya və Avropa birinciliklərində nəticələrimiz daha yaxşı olacaq. MDB Oyunlarında 9 medal qazandıq. Qazanılan 9 medal arasıında qızıl da ola bilərdi. Təəssüf ki, bəzi məqamlarda təcrübə baxımından rəqiblərdən geri qaldıq. Lakin istənilən halda hər bir beynəlxalq yarış həm də bizim üçün nəyin üzərində işləmək lazım olduğunu görmək və öyrənmək üçün bir dərsdir. Ümumilikdə bizim üçün çətin il oldu. Bildiyiniz kimi, zədə səbəbindən millinin lideri Anna Baştanın xidmətindən yararlana bilmədik. Bu da təbii ki, nəticələrə təsir göstərdi. Çünki Anna yığmanın aparıcı üzvüdür və onun yoxluğu həmişə hiss olunur. Lakin bütün bunların fonunda sevindirici, müsbət məqamlar da oldu. Potensial var. Qalır üzərində işləyib irəliləmək".

Son xəbərlər

Bütün Xəbər Lenti