Azərbaycan kikboksçusu beynəlxalq turnirin qalibi olub
Fərdi
- 21 iyun, 2021
- 14:56
Daşkənddə peşəkarlar arasında kikboksinqin WAKO-PRO versiyası üzrə açıq Özbəkistan turniri keçirilib.
"Report" xəbər verir ki, Yarışda "Neftçi İdman Klubu”nun yetirməsi - Avropa çempionu, dünya kubokunun qalibi, dünya çempionatının mükafatçısı Ruslan Musayev (67 kq) uğurla çıxış edib.
Mötəbər turnirdə böyük əzmkarlıq nümayiş etdirən kikboksçu inamla mübarizə apararaq yerli idmançı Azizbek Nematov üzərində nokautla qələbə qazanıb və yarışın qızıl medalına sahib olub.
"Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bu qələbə münasibətilə kikboksçunu qəbul edərək təbrik edib və ona gələcək yarışlarda uğurlar diləyib.
Qeyd edək ki, Ruslan Musayev indiyədək keçirdiyi 13 peşəkar döyüşün 11-dən qalib ayrılıb.
Son xəbərlər
02:50
DÇ-2026: Şotlandiya - Mərakeş oyununda ilk hissə bitib - YENİLƏNİR-2
Futbol02:39
Maurisio Poçettino: "ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir"
Futbol02:32
Toni Popoviç: "ABŞ ilə matçda səhvlərə görə qapımızda qollar gördük"
Futbol02:21
Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib
Region01:53
Folarin Baloqan ABŞ - Avstraliya oyununun ən yaxşısı seçilib
Futbol01:25
Foto
Bolqarıstanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Xarici siyasət01:03
Foto
DÇ-2026: ABŞ pley-offa vəsiqə qazanan ilk yığma olub - YENİLƏNİB-4
Futbol00:43
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
Digər ölkələr00:26