Azərbaycan karateçisi: "Karyeramda ilk dəfə emosiyalarım əleyhimə oldu"

Fərdi
  • 01 dekabr, 2025
  • 15:51
Azərbaycan karateçisi: Karyeramda ilk dəfə emosiyalarım əleyhimə oldu

Misirin paytaxtı Qahirədə keçirilmiş dünya çempionatında bürünc medal qazanan Azərbaycan karateçisi İrina Zaretskanın (68 kq) emosiyaları karyerasında ilk dəfə onun əleyhinə olub.

29 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.

O, yarışda mükafatçılar sırasına düşməsi ilə bağlı fikirlərini bölüşüb:

"Üçüncü yer uğrunda qarşılaşma ən yaxşı medal döyüşlərimdən biri idi. 9:1 hesabı ilə qalib gəldiyim idmançı zəif deyildi. Öz çıxışımı çox yaxşı hesab edirəm".

Təcrübəli karateçi yarımfinalda uduzması ilə bağlı danışıb:

"Son saniyələrdə kiçik bir səhv etdim. Bu, finala vəsiqə qazanmağıma mane oldu. Mən insanam, karyeramda ilk dəfə emosiyalarım əleyhimə oldu. Amma düşünürəm ki, bu an bütün səhvlərim kimi məni daha böyük rekordlara və qələbələrə aparacaq".

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məşqçisi Yaşar Bəşirova və ona turnirə hazırlaşmaqda kömək edən Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevə təşəkkür edib.

Son xəbərlər

Bütün Xəbər Lenti