Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Fərdi
- 26 iyul, 2026
- 17:46
Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.
"Report" Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, milli üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.
T. Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.
Xatırladaq ki, bu, idmançının Azərbaycan millisinin tərkibində qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çempionatında 3-cü yeri tutub.
Son xəbərlər
12:21
UEFA Çempionlar Liqası: "Sabah"ı Finlandiyada 50-yə yaxın azarkeş dəstəkləyəcək
Futbol12:14
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb
İnfrastruktur12:11
Foto
Səfərbərlik Xidmətində iyul çağırışının gedişatı müzakirə olunub
Daxili siyasət12:07
"Azneft" İB-də istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Energetika12:07
Binəqədidə obyekt yanır
Hadisə12:04
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 8 %-dən çox azalıb
Turizm11:56
Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib
Sağlamlıq11:54
Ukrayna Britaniyada dron istehsalı zavodu tikmək niyyətindədir
Digər ölkələr11:54