III MDB Oyunları: Azərbaycan üzgüçüləri 1 qızıl, 1 bürünc medal qazanıblar - YENİLƏNİB

Fərdi
  • 02 oktyabr, 2025
  • 10:49
III MDB Oyunları: Azərbaycan üzgüçüləri 1 qızıl, 1 bürünc medal qazanıblar - YENİLƏNİB

Azərbaycan III MDB Oyunlarında daha bir medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbəri verir ki, Anastasiya Qnussina bürünc mükafata sahib çıxıb.

O, 1500 metr məsafəyə sərbəst üsulla üzmədə üçüncü yeri tutub. Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub.

Qeyd edək ki, bu gün Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.

Beləliklə, azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurublar.

Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, üzgüçü Süleyman İsmayılzadə birinci olub.

O, 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayıb.

Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti