Azərbaycan taekvondoçuları günü 3 qızıl medalla başa vurublar - YENİLƏNİB
- 29 sentyabr, 2025
- 18:12

Azərbaycan taekvondoçuları III MDB Oyunlarının ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
"Report" xəbər verir ki, ilk gündə 7 çəki dərəcələrində yarışlar keçirilib.
Kişilər arasında 54 kq, 63 kq, 74 kq və 87 kq, qadınlarda isə 46 kq, 53 kq və 62 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib.
Azərbaycan təmsilçiləri Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar.
Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) finalda məğlub olaraq, gümüş medala yiyələniblər.
Eyni zamanda, altı taekvondoçu bürünc medalın sahibi olublar – kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq) və Nərgiz Kazımova (62 kq).
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
"Report" xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kq) birinci yeri tutub.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakiyə qalib gəlib.
Qeyd edək ki, ilk olaraq samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.