Azərbaycan idmançısı XXV Yay Deflimpiya Oyunlarında medal qazanıb
Fərdi
- 16 noyabr, 2025
- 16:09
Azərbaycan idmançısı Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında gümüş medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Deflimpiya Komitəsindən məlumat verilib.
Ölkəmizə ilk medalı cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əliyev qazandırıb.
O, finalda braziliyalı Pedro Dantasa məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə Deflimpiya Oyunlarında gümüş medal qazanıb.
Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osuqi tərəfindən təqdim edilib.
Bununla da Coşqun Əliyev Tokio-2025 Yay Deflimpiya Oyunlarında komandamıza ilk medal qazandıran idmançı olub.
Son xəbərlər
11:36
Ötən il sosial müdafiəyə ehtiyacı olanların kvotası ilə 2 minə yaxın şəxs özəl müəssisələrdə işlə təmin edilib
Sosial müdafiə11:35
Maliyyyə Nazirliyi: 44 adda ciddi hesabat blankı tam elektronlaşdırılacaq
Maliyyə11:34
Qurban Qurbanov: "Premyer Liqada çempion olmaq üçün sonadək vuruşacağıq"
Futbol11:31
Rusiyanın kütləvi hava hücumu nəticəsində Kiyevdə humanitar böhran yaranıb
Digər ölkələr11:27
"Qarabağ" azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub
Futbol11:26
"Qarabağ" klubunun azərbaycanlı futbolçularına maraq çoxdur
Futbol11:24
Rusiyanın Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı 25-ə çatıb - YENİLƏNİB-2
Digər ölkələr11:21
"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar
Futbol11:18
Video