Azərbaycan güləşçisi: "Vladiqafqazdakı turnirdə heç bir rəqibimə şans vermədim"
- 02 dekabr, 2025
- 12:48
Azərbaycan güləşçisi Maqomedxan Maqomedov Rusiyanın Vladiqafqaz şəhərində 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turnirində heç bir rəqibinə şans verməyib.
Milli üzvü bunu "Report"a açıqlamasında deyib.
O, hazırkı çəkidə qalacağını da bildirib:
"Yarışda 5 görüş keçirdim və demək olar heç bir rəqibimə şans vermədim. İlk dəfə 125 kq-da güləşdim. Finalda Macarıstandan olan idmançını məğlub edərək birinci yeri tutdum. Daha sonra mütləq çəki dərəcəsində görüşüm oldu. Burada dağıstanlı rəqibimin ayağında problem yarandığı üçün sona qədər güləşə bilmədi. Düşünürəm ki, hazırkı çəkim normaldır və hələlik belə davam edəcəyəm".
Qeyd edək ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turnirində M.Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb və qızıl medal qazanıb.