Azərbaycan güləşçiləri beynəlxalq yarışın ilk günündə 4 medal qazanıblar
Fərdi
- 06 sentyabr, 2025
- 23:18
Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.
Bu barədə "Report"a federasiyadan məlumat verilib.
"Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.
Universiadada güləş yarışlarına sabah yekun vurulacaq.
Son xəbərlər
19:10
İtaliya klubunda gərginlik: Baş məşqçi və idman direktoru arasında münaqişə yaranıb
Futbol19:09
Koşta: Ukraynanın Aİ-yə üzvlüyü əsas təhlükəsizlik zəmanətidir
Digər ölkələr19:02
KİV: ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaltmaq niyyətindədir
Digər ölkələr18:51
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək
Xarici siyasət18:41
Foto
Malayziyanın Baş naziri Türkiyədə rəsmi səfərdədir
Region18:40
ABŞ Silahlı Qüvvələri daha bir tankeri saxlayıb
Digər ölkələr18:35
Saray qəsəbəsində 2-ci sinif şagirdi dəm qazından boğularaq ölüb
Hadisə18:30
Finlandiya sualtı kabelin zədələnməsi işi çərçivəsində quru yük gəmisini saxlayıb
Digər ölkələr18:28