Azərbaycan boksçuları dünya çempionatlarında 20-ci medalı qazanıb
Fərdi
- 04 noyabr, 2021
- 16:11
Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançının Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.
“Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçuların həm də 20-ci mükafatıdır.
Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.
Son xəbərlər
09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.07.2026)
Maliyyə09:00
"Neftçi" Sloveniyadakı sonuncu yoxlama oyununa bu gün çıxacaq
Futbol08:46
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək
Media08:45
Avropada ekstremal istilərdən azı 10 min insan həlak olub
Digər ölkələr08:30
SEPAH: ABŞ-nin "Patriot" sistemləri və PUA idarəetmə mərkəzi məhv edilib - YENİLƏNİB
Region08:15
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:06
"NourNews": İranın azı 13 şəhəri ABŞ-nin zərbələrinə məruz qalıb
Region08:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
Media07:49