Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
Fərdi
- 03 fevral, 2018
- 17:21
Bakı. 3 fevral. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa start verilib.
“Report” xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finala qədər Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edib. Həlledici görüşdə rusiyalı Səxavət Hacıyevə qalib gələn Azərbaycan cüdoçusu Avropa kuboku yarışında 1-ci yeri tutub. Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparır.
Son xəbərlər
07:32
Meksikada güclü zəlzələ baş verib
Digər ölkələr07:04
ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb – YENİLƏNİB
Digər ölkələr06:39
CNN: ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib
Digər ölkələr06:26
İsrail bir neçə vətəndaşının Suriyaya qanunsuz giriş cəhdinin qarşısını alıb
Digər ölkələr05:52
BDT Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiqinə qarşı çıxıb
Digər ölkələr05:20
Fransanın Fontenblo meşəsində yanğın bir həftədən çoxdur davam edir
Digər ölkələr04:42
Tramp: ABŞ və İran hələ də razılığa gələ bilərlər
Digər ölkələr04:08
İraqın şimalında partlayışlar olub
Digər ölkələr03:37