Azərbaycan cüdoçusu Avropa kubokunda gümüş medala sahib olub
Fərdi
- 07 avqust, 2021
- 23:20
Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kubokuna start verilib.
“Report”un məlumatına görə, yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparırlar.
Yarışın birinci günü təmsilçilərimizdən Nurlan Osmanov fərqlənib. Azərbaycan cüdoçusu finala qədər bütün rəqiblərini məğlub edib, lakin qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Askar Narkulova məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, yarış iki gün davam edəcək. Turnirdə 14 ölkədən 200-ə yaxın cüdoçu iştirak edir.
Son xəbərlər
11:49
Tural Əsgərov: "Nəriman Axundzadənin "Ərzurumspor"la müqaviləsinin şərtləri hələ razılaşdırılmayıb"
Futbol11:49
Gələn həftədən universitetlərə ixtisas seçimi başlayır
Elm və təhsil11:46
Seutada ölən qanunsuz miqrantların sayı 94-ə çatıb
Digər ölkələr11:45
Qırğızıstanda meyitlərin kremasiyası qadağan olunub
Region11:44
Foto
İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri Şəhidlər xiyabanını ziyarət edib
Daxili siyasət11:41
Azərbaycanda maliyyə sektoru üçün etik-peşəkar davranış kodeksi təsdiqlənib
Maliyyə11:39
Azərbaycan Rusiyadan suxarı və qrenki idxal edib
İqtisadiyyat11:36
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır
İnfrastruktur11:36
Foto