Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurub
Fərdi
- 09 aprel, 2018
- 09:25
Bakı. 9 aprel. REPORT.AZ/ İtaliyanın Linyano şəhərində gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub.
“Report” xəbər verir ki, son yarış günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov bürünc medal qazanıb. Beləliklə, Avropa Kubokunda, ümumilikdə, 6 medal qazanılıb.
Bunadək 55 kq çəki dərəcəsində Balabəy Ağayev qızıl, Rəşxan Baxışəliyev gümüş, Rövşən Əliyev bürünc medala sahib olub. 60 kq çəki isə Yaşar Nəcəfov gümüş, Əhməd Yusifov bürünc medal qazanıb.
Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.
Son xəbərlər
02:17
Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
Futbol02:11
CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Futbol02:03
Foto
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Futbol01:43
Tramp Netanyahu ilə İranla razılaşmaları müzakirə edib
Digər ölkələr01:26
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol01:04
Foto
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol00:35
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Energetika00:21
Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr00:14