Dünya çempionatı: Azərbaycanın 1 boksçusu finalda, 2-si bürünc medal qazanıb

Fərdi
  • 04 noyabr, 2021
  • 19:06
Dünya çempionatı: Azərbaycanın 1 boksçusu finalda, 2-si bürünc medal qazanıb

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 71 kq-da yarışan Sərxan Əliyevin rəqibi ukraynalı Yuri Zaxariyev olub.

Qarşılaşmadan 0:5 hesablı məğlubiyyətlə ayrılan Əliyev finala yüksələ bilməyib. O, bürünc medalla kifayətlənib.

18:42

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq-da mübarizə aparan idmançı kubalı Ruis Kordoba ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. O, sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə finala gedən yolda ermənistanlı Davit Çaloyana 0:5 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 1 boksçusu yarımfinal görüş keçirəcək. Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.