Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə start verib
Fərdi
- 04 oktyabr, 2025
- 12:28
Azərbaycan millisinin daha bir boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb.
"Report" xəbər verir ki, millinin üzvü Məhəmməd Cəfərov (+90 kq) 1/8 finalda Nikolas Saleki (Çexiya) mübarizədən kənarlaşdırıb.
Boksçu döyüşün taleyini ilk raundda həll edib. O, yerli idmançıya tam üstünlüklə qalib gəlib.
Cəfərov 1/4 finalda ilk mərhələdən azad olan Oleksander Slyesariyevlə (Ukrayna) döyüşəcək. Görüş oktyabrın 5-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
Son xəbərlər
09:35
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Energetika09:33
Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Energetika09:27
Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
Daxili siyasət09:24
"Kəpəz" BOKT daha 2 milyon manatlıq istiqraz buraxır
Maliyyə09:19
"Finex Kredit" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə09:18
İbrahim Maza İordaniya - Əlcəzair oyununun ən yaxşı futbolçusu seçilib
Futbol09:12
İran İsveçrədəki danışıqların nəticələrinə əsasən dörd işçi qrupunun formalaşdırıldığını açıqlayıb
Region09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2026)
Maliyyə09:00