Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

Fərdi
  • 15 oktyabr, 2025
  • 17:28
Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində təşkil olunacaq U-15 Avropa çempionatında iştirak edəcək.

Boks Federasiyasından "Report"a verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəmizi təmsil edəcək idmançılar müəyyənləşib.

Məşqçilər korpusu yarışda Babək Abdullayev (40 kq), Onur Qurbanov (42 kq), Vaqif Məhəmmədli (44 kq), Məhəmməd Kazımzadə (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), İsmayıl Aslanlı (52 kq), Sabir Rüstəmov (54 kq), Fərhad Quliyev (57 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Yusif Ağakişiyev (75 kq), Mehran Rəsulov (80 kq), Ərdəm Təkin (90 kq), Məhəmməd Mustafayev (+90 kq), Nəsrin Abdullazadə (40 kq), Aysan Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (50 kq), Kəmalə Həsənova (52 kq) və Xumar Cəfərliyə (75 kq) şans verəcək.

Avropa çempionatında ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Qeyd edək ki, turnir oktyabrın 18-də start götürəcək. Sabah yarışa yollanacaq komanda oktyabrın 26-da Bakıya qayıdacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti