III MDB Oyunları: Azərbaycanlı avarçəkən ikinci medalını qazanıb - YENİLƏNİB-3
- 05 oktyabr, 2025
- 16:03

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının birinci günündə Amil Ramazanov ikinci medalını qazanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.
III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası üçüncü medalı qazanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsadə gümüş medala sahib olub.
Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr, İvan Vorobyanski-Hüseyn Həsənov dueti isə 200 metr məsafədə bürünc medal əldə edib.
III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobyanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.
Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal əldə edib.
Azərbaycan avarçəkənləri III MDB Oyunlarına medalla başlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal qazanıb.
Qeyd edək ki, avarçəkmə yarışlarına oktyabrın 6-da yekun vurulacaq.