Azərbaycanın idman klublarından biri ləğv olunub
Fərdi
- 10 fevral, 2016
- 08:24
Bakı. 10 fevral. REPORT.AZ/ AZAL İdman Klubu ləğv olunub. "Report"un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən AZAL İdman Klubuna ünvanlaya bilərlər.
Klub Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının bazası sayılırdı. Burada digər növlər üzrə bölmələr də fəaliyyət göstərirdi. AZAL fəaliyyətini 2014-cü ilin aprelində dayandırmışdı. Səbəb kimi klubda məşğul olan çoxlu sayda ağırlıqqaldıranın dopinq-testdən keçə bilməmələri göstərilmişdi. Klubun direktoru İsgəndər Əsgərov idi.
Qeyd edək ki, AZAL idman klubunun ləğvinə baxmayaraq, eyniadlı futbol klubu fəaliyyətini davam etdirir. Futbol komandası ev oyunlarını "AZAL Arena"da keçirir.
Son xəbərlər
22:13
ABŞ-də evdə baş verən yanğında səkkiz nəfər ölüb
Digər ölkələr22:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub
Hadisə22:11
Foto
Video
Festivalda xəsarət alan yeddi nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
Hadisə22:08
Ağdamın Papravənd kəndi istiqamətində açıq ərazi yanır
Hadisə21:52
"Axios": Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib
Digər ölkələr21:47
İƏT Pakistandakı terroru pisləyib
Digər ölkələr21:31
Türkiyənin 35 əyalətində əlverişsiz hava ilə bağlı xəbərdarlıq edilib
Region21:13
Foto
Gürcüstanda Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyulub
Mədəniyyət siyasəti21:01