Avropa çempionunun qatarda döydüyü boksçu komaya düşdü
Fərdi
- 02 noyabr, 2020
- 13:39
Rusiyalı boksçu Nikita İvanov xoşagəlməz hadisə ilə gündəmə gəlib.
"Report" "Vaza" teleqram-kanalına istinadən xəbər verir ki, 34 yaşlı idmançı qatarda həmkarı Bassir Mirsiyabovla dava edib.
Hadisə Avropa çempionu Ulyanovskdakı yarışdan qayıdarkən baş verib. Spirtli içki qəbul edən İvanov əvvəlcə Mirsiyabovla mübahisə edib. Daha sonra isə ona bir neçə zərbə endirib.
Nəticədə ağır xəsarətlər alan Mirsiyabov xəstəxanaya yerləşdirilib. Hazırda komada olan boksçu süni tənəffüs aparatına qoşulub və vəziyyəti ağırdır. İvanov isə saxlanılıb.
Qeyd edək k, 2011-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilmiş Avropa çempionatında gümüş medal qazanmış Nikita İvanov 2 il sonra Belarusun paytaxtı Minskdəki yarışda qızıl medal qazanıb.
Son xəbərlər
09:47
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Xarici siyasət09:45
Sosial şəbəkələrə uşaqlarla bağlı tənzimləmələr dövlətin uşaq müdafiəsi siyasətinin məntiqi davamıdır - RƏY
Daxili siyasət09:45
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
Digər ölkələr09:41
Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
ASK09:40
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
Futbol09:26
Ötən həftə 593 yanğına çıxış olub, 7 meyit aşkarlanıb
Hadisə09:25
İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb
Futbol09:16
İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Hadisə09:06