Avropa çempionatı: Rüstəm Orucov bürünc medal qazandı
- 20 noyabr, 2020
- 15:27

Azərbaycan cüdoçusu Rüstəm Orucov Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İsveçrə Təmsilçisi Nils Stampla üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Orucov bürünc medal qazanıb.
Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal əldə edib.
17:00
Azərbaycan cüdoçusu Rüstəm Orucov Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında təsəlliverici görüşə çıxıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Orucov bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.
16:30
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, 73 kq çəkidə dərəcəsindəki Rüstəm Orucov Klaudio Nunyes Dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, 1/4 finalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib. Onun təsəlliverici görüşdəki rəqibi Tohar Butbul (İsrail) olacaq.
Bu çəkidə Telman Vəliyev 1/16 finalda Vadim Şokaya (Belarus) uduzaraq mübarizəni erkən dayandırıb.
81 kq çəkidəki Murad Fətiyev ardıcıl olaraq Yaromir Musil (Çexiya), Anri Egutidze (Portuqaliya) və Dominik Druzetanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb. 1/4 mərhələsində Mattias Kasseyə (Belçika) uduzan cüdoçu təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Fətiyev bu mərhələdə gürcüstanlı Luka Maisuradzeyə yenilərək, 7-ci yerlə kifayətlənib.

