Avropa çempionatı: Daha iki taekvondoçumuz medalsız qaldı
Fərdi
- 09 aprel, 2021
- 13:57
Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında ikinci günü medalsız bitirib.
"Report"un məlumatına görə, bu gün mübarizəyə qoşulan Xanoğlan Kərimov (63 kq) 1/16 finalda Boqdan Tixonova (Ukrayna) uduzub.
68 kq-da yarışan Cavad Ağayev isə 1/4 finaladək irəliləyə bilib. O, Beka Kavtaradze (Gürcüstan) və İmran Özkayaya (Almaniya) qalib gəlsə də, 1/4 finalda Xavyer Peresə (İspaniya) məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.
Son xəbərlər
13:59
Rusiya "Naftoqaz" obyektlərinə ballistik raketlər və PUA-larla zərbələr endirib
Digər ölkələr13:56
Leyla Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirakı ilə bağlı video paylaşıb
Daxili siyasət13:53
"Neftçi" yeni mövsümə hazırlığın birinci mərhələsini tamamlayıb
Futbol13:49
Azərbaycandakı BOKT-ların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə13:42
Bəhreyn PUA hücumundan sonra İranı suverenliyi pozmaqda ittiham edib
Digər ölkələr13:37
"Qarabağ" Leandro Andradenin Ukraynanın "Polesye" klubuna keçidini açıqlayıb
Futbol13:26
MM nümayəndə heyəti QDİƏT PA-nın 67-ci Baş Assambleyasında iştirak edəcək
Xarici siyasət13:23
Yaponiya və Cənubi Koreya müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edəcəklər
Digər ölkələr13:15