Avropa çempionatı: İki gimnastımız finala yüksəldi
Fərdi
- 26 noyabr, 2020
- 15:22
Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.
"Report"un məlumatına görə, yeniyetmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.
İplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 xalla ilk "8-liy"ə düşməyi bacarıb.
Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub.
Son xəbərlər
14:37
Çingiz Mustafayev: "Dünya çempionatı qılıncoynadanlar üçün müsbət və mənfi məqamlarla yadda qaldı"
Fərdi14:31
Rusiya Odessanın nəqliyyat infrastrukturuna zərbə endirib: xəsarət alanlar var
Digər ölkələr14:28
Foto
Azərbaycanın voleybol millisi Latviya və Belarus ilə yoxlama matçları keçirəcək
Komanda14:27
Ötən ay 8012.7 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət14:22
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Region14:14
İsrail parlamenti təcili səfərbərlik rejimini oktyabra qədər uzadıb
Digər ölkələr14:10
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
Futbol14:04
SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib
Maliyyə14:04