Avropa çempionatı: Azərbaycanın 2 boksçusu bürünc medal qazanıb
Fərdi
- 22 oktyabr, 2021
- 08:45
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Federasiyadan "Report"a verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.
51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.
Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.
Son xəbərlər
14:07
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur14:04
İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
Daxili siyasət13:58
Foto
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Daxili siyasət13:57
Gürcüstanda ilk dəfə Ana Südü Bankı fəaliyyətə başlayıb
Region13:53
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 21 tankerinin vurulduğunu bildirib
Digər ölkələr13:42
"Kredit Evi" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə13:33
Foto
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub
Ədəbiyyat13:32
"Mançester Siti"nin yarımmüdafiəçisi Sverre Nyupan Belçika klubuna keçib
Futbol13:15