Avropa çempionatı: Azərbaycan şahmatçısı ikinci pilləyə yüksəlib
Fərdi
- 05 aprel, 2022
- 04:12
Azərbaycan təmsilçiləri Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında inamlı çıxışlarını davam etdirirlər.
“Report”un məlumatına görə, 9-u turda çexiyalı David Navaranı məğlub edən şahmatçı Abdulla Qədimbəyli 7 xalla ikinci pilləyə yüksəlib. Aktivlərində 6,5 xal olan Misrətdin İsgəndərov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov 5-19-cu yerləri bölüşürlər.
Yarış cədvəlinə 7,5 xalla almaniyalı Matias Blubaum başçılıq edir.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.
Son xəbərlər
01:02
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
Digər ölkələr00:49
SEPAH: ABŞ-nin iki pilotsuz təyyarəsi vurulub
Region00:27
CNN: Tramp Lindsi Qremin Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar paketini dəstəkləyəcək
Digər ölkələr00:00
CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək
Digər ölkələr23:47
"Tasnim": Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub
Digər ölkələr23:33
Paris və Kiyev Ukraynada idarə olunan bomba və raketlər istehsal edəcəklər
Digər ölkələr23:17
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Digər ölkələr23:01
Ukrayna parlamentinə Baş nazir Yuliya Sviridenkonun istefa ərizəsi daxil olub
Digər ölkələr22:41