AÜF rəsmisi: "Üzgüçülərimizdən gələcəkdə bundan da yüksək nəticələr gözləyə bilərik"

Fərdi
  • 02 oktyabr, 2025
  • 12:38
AÜF rəsmisi: Üzgüçülərimizdən gələcəkdə bundan da yüksək nəticələr gözləyə bilərik

Azərbaycan üzgüçülərindən gələcəkdə bundan da yüksək nəticələr gözləyə bilərik.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Oqtay Atayev III MDB Oyunlarında 13 medal qazanan yığmanın çıxışı barədə jurnalistlərə açıqlamasında bildirib.

AÜF rəsmisi ümumi nəticənin sevindirici olduğunu, qazanılan medallardan razı qaldıqlarını söyləyib:

"Bildiyiniz kimi, MDB Oyunlarına aşağı yaş qruplarından olan üzgüçülər qoşulurlar. Biz ilk dəfə MDB Oyunlarında medal qazandıq və bu hal çox sevindiricidir Həm təşkilatçılıq, həm də nəticələr baxımından çox razıyıq. Gələcəkdə bizi bundan da yüksək nəticələr əldə edə bilərik. Çünki federasiya üzgüçülər üçün yaxşı şərait yaradıb. Bunun və göstərilən dəstəyin sayəsində uğurlarımızın daha çox olacağına ümid edirəm".

Qeyd edək ki, Azərbaycan üzgüçüləri III MDB Oyunlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurublar.

Son xəbərlər

Bütün Xəbər Lenti