Atletika üzrə Azərbaycan çempionatında ilk mükafatçılar bəlli olub
- 07 fevral, 2026
- 11:46
Qapalı məkanda keçirilən atletika üzrə Azərbaycan çempionatında ilk mükafatçılar bəlli olub.
Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
Bakı Atletika Mərkəzində keçirilən yarışda Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparır.
Bu gün başa çatacaq yarışın proqramına üç təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri daxildir.
İlk yarış gününün mükafatçıları
60 metr məsafəyə qaçış (kişilər)
1. Əlhəm Nağıyev
2. Həmid Nəbiyev
3. Novruz Əsədli
60 metr məsafəyə qaçış (qadınlar)
1. Lamiyə Vəliyeva
2. Safiya Kərimova
3. Səlma Ağabəyova
400 metr məsafəyə qaçış (kişilər)
1. Nihat Tağıyev
2. Cavid Abdullayev
3. Kamran Məmmədov
400 metr məsafəyə qaçış (qadınlar)
1. İlahə Quliyeva
2. Gülçin Nağıyeva
3. Nila Heydərova
1500 metr məsafəyə qaçış (kişilər)
1. Bəxtiyar Əsgərli
2. Namiq Babayev
3. Loğman İsrafilli
1500 metr məsafəyə qaçış (qadınlar)
1. Azəri Məmmədli
2. Elina Yusupova
3. Arzu Məmmədbəyova
Üçtəkanla tullanma (kişilər)
1. Rüstəm Məmmədov
2. Ramil İsmayılov
3. Raul Nəsibov
Üçtəkanla tullanma (qadınlar)
1. Yekaterina Sariyeva
Hündürlüyə tullanma (kişilər)
1. Bülbül Babayev
2.Vladislav Tarusov
3. Şamxal Həsənzadə
Hündürlüyə tullanma (qadınlar)
1. Zəhra Bayramova
2. Zeynəb Qəmbərova