Aronyan koronavirusa yoluxdu, texniki məğlubiyyət aldı
Fərdi
- 15 iyul, 2021
- 11:32
Ermənistan şahmatçısı Levon Aronyan Rusiyanın Soçi şəhərində keçirilən Dünya Kuboku ilə erkən vidalaşa bilər.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı qrossmeysterdə koronavirusun simptomları aşkarlanıb. Bu səbəbdən, Aronyan ABŞ təmsilçisi Bobbi Çenqlə ikinci turun ilk görüşünə çıxa bilməyib. Nəticədə Aronyana texniki məğlubiyyət verilib. O, ikinci qarşılaşmanı da buraxsa, avtomatik olaraq, yarışdan kənarda qalacaq.
Hazırda nəzarət altında olan şahmatçıdan əlavə analizlər götürüləcəyi bildirilib.
Qeyd edək ki, iyulun 10-da start götürən Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılıb.
Son xəbərlər
12:05
Rudi Qarsiya: "Kənardan gələn fikirlər motivasiya mənbəyimiz deyil"
Futbol12:04
Cəlilabadda ev təmamilə yanıb
Hadisə12:04
Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Biznes12:01
Rubio: Tramp 2027-ci ilin əvvəlində Hindistana səfər edə bilər
Digər ölkələr12:00
Azərbaycandakı BOKT-ların öhdəliklərinin məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə11:49
Rusiya Ukraynanın üç vilayətinə hücum edib, 30-dan çox insan yaralanıb
Digər ölkələr11:47
Azərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb
Biznes11:42
Moskva ətrafında ad günü məclisində 2 nəfər ölüb
Digər ölkələr11:31