Amerikalı sabiq tennisçi əməliyyat olunub
Fərdi
- 16 oktyabr, 2024
- 09:15
Amerikalı sabiq tennisçi Serena Uilyams əməliyyat olunub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
S.Uilyams mayda boynunda şiş aşkarlandığını söyləyib:
"Dərhal həkimə getdim, MRT etdirdim və boynumda kista olduğu müəyyənləşdi. Mənə dedilər ki, istəməsəm, onu çıxarmaya bilərəm. İstəmədim, amma şiş böyüməyə davam etdi. O, qreypfrut boyda idi və fəsadları ola bilərdi. Beləliklə, şişi çıxartdırdım. Əməliyyatın yaxşı keçdiyi və sağlam olduğum üçün xoşbəxtəm".
43 yaşlı sabiq idmançı dördqat olimpiya çempionu, həmçinin 38 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub.
Qeyd edək ki, S.Uilyams peşəkar karyerasını 2022-ci ildə bitirib.
Son xəbərlər
15:36
Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
Maliyyə15:33
Ermənistan MSK 86 seçki məntəqəsində səsləri yenidən sayacaq - YENİLƏNİB
Region15:28
Foto
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim keçirilib
Sağlamlıq15:26
AMB: Ani Ödənişlər Sistemində əməliyyatların sayı 5 ildə 86 dəfə artıb
Maliyyə15:19
CENTCOM ABŞ helikopterinin qəzaya uğraması və pilotların xilası barədə məlumat yayıb
Digər ölkələr15:16
Foto
Zərdabda barama tədarükünə başlanılıb
ASK15:14
Foto
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
İdman15:12
Sırski Ukraynanın 2000 km məsafəyə çatan yeni silah sistemi üzərində işlədiyini açıqlayıb
Digər ölkələr15:11