Afrika ölkəsi Tokio-2020-də iştirakdan imtina etdi
Fərdi
- 22 iyul, 2021
- 05:03
Qvineya yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmayacaq.
"Report" "France-Press" agentliyinə istinadən xəbər verir ki, ölkənin idman naziri Sanussi Sou koronavirus pandemiyası səbəbindən olimpiadada iştirak etməyəcəklərini açıqlayıb.
Nazir bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə məktub ünvanlayıb. O, yoluxma halları artdığı üçün bu qərarı verdiklərini bildirib.
AFP Qvineyanın maddi problemlər ucbatından Tokio-2020-dən imtina etdiyini yazıb.
Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.
Son xəbərlər
09:55
Azərbaycan meyvə və giləmeyvə istehsalını 55 %-dən çox artırıb
ASK09:55
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Sosial müdafiə09:53
Bu ilin ilk dörd ayında 11 422 nikah, 6 443 boşanma qeydə alınıb
Daxili siyasət09:53
Bu ilin ilk dörd ayında Azərbaycanda 980 əkiz, 39 üçəm doğulub
Sosial müdafiə09:49
İlham Əliyev: Bizi müharibəni başlayacağımız təqdirdə sanksiya ilə hədələyirdilər
Daxili siyasət09:49
Azərbaycan əhalisinin sayı 0,1 % artıb
Daxili siyasət09:47
Sobyanin: Moskva yaxınlığında 180-ə yaxın PUA vurulub
Region09:44
Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
Xarici siyasət09:40