Aerobika gimnastikası yığmasının baş məşqçisi: "Bu, Avropa çempionatında ilk yüksək nailiyyətimiz idi"

Fərdi
  • 16 noyabr, 2025
  • 18:19
Aerobika gimnastikası yığmasının baş məşqçisi: Bu, Avropa çempionatında ilk yüksək nailiyyətimiz idi

Bu, Avropa çempionatında ilk yüksək nailiyyətimiz idi.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu aerobika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Marian Kolev media nümayəndələrinə açıqlamasında bildirib.

O, gərgin keçən yarışda çempionluğu böyük nailiyyət adlandırıb.

"Düzdür, məşqlər çox ağır idi, amma mən xoşbəxtəm ki, buna nail olduq. Bu, Avropa çempionatında ilk qızıl medalımız idi . Bunun üçün hamıya, xüsusən də federasiyaya, bizi dəstəkləyənlərə çox təşəkkür edirəm", - baş məşqçi qeyd edib.

Xatırladaq ki, aerobika gimnastikası üzrə Avropa çempionatında azərbaycanlı cütlük (Mədinə Mustafayeva - Vladimir Dolmatov) birinci yeri tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti