14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb
- 25 dekabr, 2025
- 17:44
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb.
"Report" Cüdo Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə 137 idmançı tatamiyə çıxıb.
Qızlar 36, 48, 63 kq, oğlanlar isə 38, 50 və 66 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.
Qızlar
36 kq
1. Ləman Bağırova (Naxçıvan UGİM)
2. Fəridə Rəhimli (Naftalan UGİM)
3. Gülşən İmanova (Biləsuvar OİK), Ayan Məmmədli (RKİM)
48 kq
1. Yağmur Abdullayeva (Şuşa UGİM)
2. Mələk Vəliyeva (Qədiroğlu İK)
3. Zəhra Səfərova (Goranboy UGİM), Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
63 kq
1. Məleykə Əsədova (Şahin 313 İK)
2. Nəzrin Xəlilova (ACF)
3. Rəfiqə Ələkbərova (Judo Club 2012)
Oğlanlar
38 kq
1. Muhəmməd Eyvazlı (ROİL)
2. Əfsan Cabbarov (Şuşa UGİM)
3. Rəhim Manaflı (Evolution Judo Club), Sədrəddin Şıxəhmədov (Sumqayıt şəhəri İOEUGİM)
50 kq
1. Eldar Xəlilov (Goranboy OİK)
2. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Nicat Əliyev (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ), İmran Salahov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
66 kq
1. Hüseyn Ələsgərov (Qəbələ İK şəhər)
2. Yaqub Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hüseyn Quliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ), Ramal Cəfərli (Sumqayıt şəhəri İOEUGİM)
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirə 103 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 430 cüdoçu (329 oğlan, 101 qız) qoşulub.