Venesuela neft bazarı üçün yeni təkliflər hazırlayıb
Energetika
- 16 yanvar, 2017
- 07:07
Bakı. 16 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro qlobal bazarda neft qiymətlərinin sabitləşməsi üçün rəsmi Karakasın yeni təkliflər verəcəyini bildirib. "Report", "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Maduronun sözlərinə görə, bu həftə Venesuela qiymətlərin sabitləşdirilməsi üçün yeni təklif və düsturu məktub şəklində neft hasilatçısı olan ölkələrə göndərəcək.
Xatırladaq ki, dünən, yanvarın 15-də OPEC təşkilatının baş katibi Məhəmməd Barkindo Venesuelaya səfər edib. Təşkilatın "Twitter" hesabında OPEC-in baş katibi neft bazarındakı vəziyyəti müzakirə etmək üçün Venesuela hökuməti ilə görüş keçirəcəyi qeyd olunub. Görüşdə neft bazarına çıxarılan yeni təklifin müzakirə olunacağı ehtimal edilir.
Son xəbərlər
04:45
ABŞ ordusu Hörmüzdə altı gəminin kursunu dəyişməyə məcbur edib
Digər ölkələr04:14
Venesueladakı zəlzələdə ölənlərin sayı 5 208 nəfərə çatıb
Digər ölkələr03:42
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb, Təbriz də hücuma məruz qalıb
Region03:36
Argentina millisinin baş məşqçisi: "Meydana çıxıb əlimizdən gələni etdik"
Futbol03:16
Luis de la Fuente: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi"
Futbol02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19
De la Fuente dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17