Vahid Ələkbərov Tokayevi "Kalamkas-Dəniz" və "Xəzər" yataqlarının işlənməsi barədə məlumatlandırıb

Energetika
  • 14 oktyabr, 2025
  • 16:30
Vahid Ələkbərov Tokayevi Kalamkas-Dəniz və Xəzər yataqlarının işlənməsi barədə məlumatlandırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın "Lukoyl" neft şirkətinin təsisçisi və əsas səhmdarlarından biri olan Vahid Ələkbərovla görüşüb.

Bu barədə "Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.

Bildirilib ki, görüş zamanı K.Tokayev "Lukoyl" şirkətinin Qazaxıstandakı cari fəaliyyətinin nəticələri, həmçinin qarşıdakı dövr üçün planlar barədə məlumatlandırılıb. Xüsusilə, dövlət başçısına "Kalamkas-Dəniz" və "Xəzər" yataqlarının işlənməsi üzrə birgə layihənin həyata keçirilməsinin gedişatı haqqında məlumat verilib.

Bu yataqların işlənməsi layihəsi 2022-ci ildə start götürüb, ilk neft hasilatının isə 2028-ci ildə gözlənildiyi bildirilir.

"Kalamkas-Dəniz" və "Xəzər" yataqlarının ümumi proqnozlaşdırılan ehtiyatları təxminən 81 milyon ton neft və 22 milyard kubmetr qaz təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti