"Ukrtransnafta" bu həftə Azərbaycan neftinin qəbuluna başlayır
Energetika
- 07 mart, 2017
- 13:22
Bakı. 7 mart. REPORT.AZ/ Ukraynanın "Ukrtransnafta" ASC mart ayının ikinci dekadasından etibarən Azərbaycan neftinin Kremençuq Neftayırma Zavoduna ("Ukrtatnafta" ASC) ötürülməsinə başlayacaq.
"Report"un "Oilnews.com" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "İnterfax-Ukrayna" agentliyinə şirkətin baş direktorunun müavini Andrey Pasişnik məlumat verib.
A.Pasişnik bildirib ki, hazırda ehtiyatda 17 min ton "Urals" markalı neft qalıb. Bu ehtiyat 3 günə bitdikdən sonra martın 10-dan etibarən "Azeri Light" markalı neftin qəbuluna başlanılacaq.
Qeyd edək ki, "Ukrtransnafta" və "Ukrtatnafta" 2016-cı il noyabr ayının 3-də ildə 1,3 mln. ton Azərbaycan neftinin Kremençuq Neftayırma Zavoduna nəqli barədə anlaşma imzalayıb.
Son xəbərlər
22:33
Yuri Vernidub: "Məğlubiyyətə görə mən günahkaram"
Futbol22:23
Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir
Digər ölkələr22:14
Aleksandr Şaqoyko: "Neftçi" ilə cavab matçında səhvlərimizi aradan qaldırmağa çalışacağıq"
Futbol22:14
Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-dən gedərkən hava limanında saxlanılıb
Futbol22:11
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub
Region22:06
Naxçıvan TV-nin müvəqqəti rəhbəri dəyişib
Media21:58
Foto
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Fərdi21:55
"Ya hamısı, ya da heç kim!" - İran ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqlayıb
Region21:53
Foto
Video