Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 6 %-dən çox azalıb

Energetika
  • 26 noyabr, 2025
  • 10:36
Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 6 %-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 172,788 milyon barel neft nəql edilib.

Bu barədə "Report" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 11,157 milyon barel və ya 6,07 % azdır.

Təkcə bu ilin oktyabr ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 16,601 milyon barel neft nəql edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,419 milyon barel və ya 12,7 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti