TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Energetika
  • 22 sentyabr, 2025
  • 10:00
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 22-də 379 milyon 977 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə "Report" TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,74 % çoxdur.

Kipoi çıxış nöqtəsindən sentyabrın 23-dən 29-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, sentyabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 8,17 % azdır. Sentyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,45 % azdır. Sentyabrın 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 8,18 % azdır.

Bundan başqa, sentyabrın 19-dan 22-dək olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % isə azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 22-dən 29-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 22-dən 29-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 22-316 milyon 460 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,1 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 23-dən 29-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,1 % azdır.

Sentyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,02 %, sentyabrın 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə 13,46 % azdır.

Həmçinin, sentyabrın 19-dan 22-dək olan sifariş göstəriciləri ilə müqayisədə isə 14,05 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti